DAŞKƏSƏNDƏ NÖVBƏTİ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

DAŞKƏSƏNDƏ NÖVBƏTİ QANVERMƏ AKSİYASI KEÇİRİLİB Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Daşkəsən rayonun yüzlərlə sakini yüksək fəallıqla qoşulublar.
Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin təşkilatçılığı ilə iyulun 18-də rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, habelə sıravi vətəndaşlar, könüllü gənclər mütəşəkkilliklə iştirak ediblər.
Qanvermə aksiyası ilə bağlı Əhəd Abıyev deyib: “Daşkəsən rayonunda keçirilən bu növbəti qanvermə aksiyası eyni zamanda bütün şəhidlərimizə, o cümlədən şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr edilib. Şəhid generalımız Polad Həşimov uzun müddət Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri olub. Peşəkar hərbçi və yüksək insani keyfiyyətlərinə görə general-mayor Polad Həşimova hələ o zaman Daşkəsən ictimaiyyətinin, ağsaqqal və ziyalılarının istəyi ilə mənim tərəfimdən Daşkəsənin fəxri vətəndaşı adı verilmişdir. Bu gün 3 mərasimi keçirilən şəhid general Polad Həşimovun, həmçinin bütün şəhidlərimizin əziz xatirələrini uca tutan bütün daşkəsənlilər qanvermə aksiyasına gələrək öz dərin hörmət və ehtiramlarını bildirirlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun! Bu aksiyanı həyata keçirən Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının bütün kollektivinə öz minnətdarlığımızı bildiririk”.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının peşəkar həkimləri aksiyaya könüllü qoşulan insanları əvvəlcə tibbi müayinədən keçirib. 200 nəfərdən çox daşkəsənli qan verib.
Qanvermə aksiyası zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət edilib.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaqdır.
Elmar ƏLİYEV
RİHB-nin İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ NÖVBƏTİ QANVERMƏ AKSİYASI KEÇİRİLİBDAŞKƏSƏNDƏ NÖVBƏTİ QANVERMƏ AKSİYASI KEÇİRİLİBDAŞKƏSƏNDƏ NÖVBƏTİ QANVERMƏ AKSİYASI KEÇİRİLİBDAŞKƏSƏNDƏ NÖVBƏTİ QANVERMƏ AKSİYASI KEÇİRİLİBDAŞKƏSƏNDƏ NÖVBƏTİ QANVERMƏ AKSİYASI KEÇİRİLİBDAŞKƏSƏNDƏ NÖVBƏTİ QANVERMƏ AKSİYASI KEÇİRİLİB

Oxşar xəbərlər