Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri daha bir hərbçisini itirib.Ağstafa rayonu, Kolxəlfəli kənd sakini, Nazim Əfqan oğlu İsmayılov Tovuz istiamətində gedən döyüşlərdə həlak olub.Nazim İsmayılov 1996-cı il təvəllüdlüdür. 24 yaşlı hərbçi Ağstafa Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.