
Bu barədə “Qafqazinfo”ya məlumatı Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev verib. Bildirib ki, əməkdar artistin huşu aydın və fəaldır:
“Əzələ zəifliyi qeyd edilsə də, artıq oturur və aktiv hərəkətlərə cəhd edir. İkincili bakterial ağırlaşmalar və mədə-bağırsaq sistemində müşahidə olunan durğunluğa qarşı müvafiq tədbirlərin aparılması davam etdirilir”.
Qeyd edək ki, iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artistin ağciyər toxumasının 90%-dən çox zədələndiyi bildirilmişdi.