Azərbaycanda 2 polis koronavirusdan vəfat etdi

Azərbaycanda 2 polis koronavirusdan vəfat etdi Azərbaycanda 2 polis əməkdaşı koronavirusdan ölüb.
Bakı şəhərində xəstəxanada müalicə olunan həmin şəxslərdən biri iyulun 1-də, digəri isə iyulun 4-də dünyasını dəyişib.

Həmin şəxslər polis polkovnik-leytenantı və polis mayoru rütbəsində olublar.
Məlumata görə, polis polkovnik-leytenantının ölümündən bir gün əvvəl anası da vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti "Report”a faktı təsdiqləyib.

Oxşar xəbərlər