“Getdikcə yoluxma və ölüm artacaq“ – Azərbaycanlı professordan ŞOK

“Getdikcə yoluxma və ölüm artacaq“ – Azərbaycanlı professordan ŞOK “Getdikcə yoluxma və ölüm artacaq. Biz faciə qarşısındayıq. Biz deyəndə ki, əhalinin çoxu yoluxub, hərə bir cür danışır. Görünür ki, cəmiyyətdə bir mənəvi aşınma gedir. Sosial şəbəkələrdə yazılanlara baxın: hələ də inanmayanlar var. Ona görə də yoluxmanın artmasında əhalinin günahı yetərincədir”.

Bunu professor Adil Qeybulla deyib.

A.Qeybulla insanların məsuliyyətsizliyə yol verdiyini, sosial izolyasiyaya əməl etmədiyini düşünür: “Bunu dəfələrlə bildirmişik. Amma insanlar qəbul etmirlər. Yəqin ki, biz hamımız koronavirusa yoluxacağıq. Çünki Operativ Qərargahın tədbirləri özünü doğrultmur”.

A.Qeybullanın sözlərinə görə, mütəxəssislər bir araya gəlməli, tövsiyələr verməliydilər: “Bu problem 3-5 adamın iradəsi ilə həll olunmur. Amerikada alimlər, mütəxəssislər toplaşırlar, müzakirələr aparırlar və birgə qərar verilir. Operativ Qərargah isə söyləyir ki, başqa ölkədə bu qaydalar tətbiq olunub, gəlin biz də edək. Axı hər ölkənin öz yanaşması, əhalisinin mentaliteti var. Operativ Qərargah isə hazırlıqsız vəziyyətdə karantin rejimini yumşaltdı. Mən düşünmürəm ki, Bakıda sıxlığı azaltmaq da çıxış yoludur. Bu halda rayonlara axışmaqla epidemioloji coğrafiya genişlənə bilər. Çünki bölgələrdə də yoluxma var. O baxımdan maarifləndirmə güclənməli, sosial izolyasiya, maska taxmaq qaydaları ciddi şəkildə təmin edilməlidir. Yalnız bu halda yoluxmanın azalmasının qarşısı alına bilər. İndiki vəziyyətdə sərt karantinin qaytarılmasının da hansı nəticə verəcəyini söyləmək çətindir. Yaydır, istidir, insanları evə bağlamaq effektiv olacaqmı?”. /Yeni Müsavat/

Oxşar xəbərlər