Karantinin yumşaldılmasından sonra Bakı metrosu — VİDEO

Karantinin yumşaldılmasından sonra Bakı metrosu — VİDEO Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar bir aydan çox müddətdə fəaliyyətini dayandırmış Bakı metrosu mayın 9-dan yenidən sərnişinlərin istifadəsinə verildi.
Ötən günlərlə müqayisədə isə bu gün metrodan istifadə edənlərin sayında artım var. Səbəb isə bu gündən etibarən evdən çıxmaq üçün tətbiq olunan icazə sisteminin ləğv olunmasıdır.

Metropoliten əməkdaşları həm metronun girişində, həm platformalarda sərnişinlər arasında sosial məsafənin gözlənilməsinə, eyni zamanda maskadan istifadəyə nəzarət edirlər. Təəssüf ki, yenə də qaydalara əməl etməyib, həm özünün, həm də ətrafındakıların həyatını təhlükəyə atanlar var.
Mövzu ilə əlaqədar Baku.Tv-nin süjetini təqdim edirik:


Oxşar xəbərlər