Biləsuvar Rayon Polis Şöbəsi 35 ailəyə sovqat apardı - FOTO

Biləsuvar Rayon Polis Şöbəsi 35 ailəyə sovqat apardı - FOTO Bu cür nəcib tədbiri Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları təşkil ediblər

Polis əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət etməklə yanaşı, vaxtaşırı olaraq “Evdə qal” aksiyası çərçivəsində evdən çıxa bilməyən tənha və yaşlı insanlar, eləcə də aztəminatlı və çoxuşaqlı ailələrlə bağlı yardım tədbirləri keçirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, növbəti bu cür nəcib tədbiri Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları təşkil ediblər.
Biləsuvar RPŞ-nin əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan ümumilikdə 35 ailəyə baş çəkib, gətirdikləri müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları onlara öz evlərində təqdim ediblər. Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan insanlar göstərdikləri diqqətə görə, polis əməkdaşlarına öz təşəkkürlərini ifadə ediblər. Eyni zamanda polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejimi qaydalarına riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.

Biləsuvar Rayon Polis Şöbəsi 35 ailəyə sovqat apardı - FOTOBiləsuvar Rayon Polis Şöbəsi 35 ailəyə sovqat apardı - FOTOBiləsuvar Rayon Polis Şöbəsi 35 ailəyə sovqat apardı - FOTOBiləsuvar Rayon Polis Şöbəsi 35 ailəyə sovqat apardı - FOTOBiləsuvar Rayon Polis Şöbəsi 35 ailəyə sovqat apardı - FOTOBiləsuvar Rayon Polis Şöbəsi 35 ailəyə sovqat apardı - FOTO

Oxşar xəbərlər