Müdafiə Nazirliyinin rəhbərliyi bir aylıq pul təminatının 50% həcmində vəsaiti Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliiyevin 19 mart 2020-ci il tarixli, “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.