Rayonlarda gedib-gələnlər yoxlanılacaq — ŞƏXSİYYƏT VƏSİQƏNİZİ ÜZƏRİNİZDƏ GƏZDİRİN

Rayonlarda gedib-gələnlər yoxlanılacaq — ŞƏXSİYYƏT VƏSİQƏNİZİ ÜZƏRİNİZDƏ GƏZDİRİN Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması bağlı yaradılan postlarda sərnişinlər yoxlanılacaq.
Koronavirusla bağlı Bakı, Sumqayıt və Abşerona girişin məhdudlaşdırılması ilə bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, yeni pasportlarda ünvanları oxumaq üçün lazım olacaq texniki vasitələr artıq hüquq-mühafizə orqanlarına verilib. “Bu texniki vasitə postlarda qoyulacaq və hər bir vətəndaşın sənədi yoxlanılacaq. Şəxsi avtomobillərində sərnişin aparıb-gətirən sürücülərin Bakıya gətirdiyi şəxslər postlarda yoxlanılacaqlar. Paytaxt qeydiyyatında olanlar şəhərə buraxılacaq. Qeydiyyatda olmayan sərnişinlər isə Bakıya buraxılmayacaqlar”- o qeyd edib.
K.Əliyev bildirib ki, yaxşı olardı ki, vaxtın alınmaması üçün vətəndaşlar şəxsiyyət vəsiqələrini üstündə saxlasınlar.

Oxşar xəbərlər