Roma Papası koronavirusa YOLUXUB?

Roma Papası koronavirusa YOLUXUB? Roma Papası Fransisk xəstələndiyinə görə keşişlər ilə görüşü ləğv edib.
"Associated Press" in verdiyi məlumata görə, pontifikin xəstələnməsinə nəyin səbəb olduğu açıqlanmır. Yalnız bir gün əvvəlki görüşdə onun zökəm olduğu görülüb.

Fransiskin sağlamlıq vəziyyətinin pisləşdiyi bildirilir.

Bildirilir ki, papanın son görüşü zamanı yepiskoplar onunla yaxın ünsiyyətdən çəkinərək, Frensisdən bir qədər aralıda qalıblar. Həmçinin papanın üzüyünü öpməməyə çalışıblar.

Qeyd edək ki, İtaliyada 14 nəfərin öldüyü koronavirusun yayılması ciddi narahatlığa səbəb olub. Ümumilikdə, son məlumatlara görə, ölkədə 528 yoluxma aşkarlanıb.

Oxşar xəbərlər