Səhiyyə Nazirliyindən koronavirusla bağlı — VACİB AÇIQLAMA

Səhiyyə Nazirliyindən koronavirusla bağlı — VACİB AÇIQLAMA "Azərbaycanda hazırda koronavirusla bağlı vəziyyət stabildir. Heç bir şübhəli hal yoxdur".
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.

Onun sözlərinə görə, ölkədə epidemioloji durum tam nəzarət altındadır: "Şayiələr yayılsa da, bununla bağlı rəsmi açıqlama verilib. Əgər belə bir hal baş verərsə, rəsmi orqan məlumat yayar. Amma indi heç bir şübhəli hal yoxdur"

Oxşar xəbərlər