
“Ölkə.Az” Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, 592 saylı marşrut xəttini Əliçıraq yaşayış massivindən başlayaraq Mehdiabad bazarı, 5 nömrəli orta ümumtəhsil məktəbi, Abşeron Gənclər Şəhərciyi, Binəqədi “Mərkəz”, “Xırdalan dairəsi” olmaqla son dayanacağını Bakı Beynəlxalq Avtovağzal Kompleksində yekunlaşdıracaq.
Qeyd edək ki, müvafiq sərəncamın icrasına bu gündən başlanılacaq və artıq 592 saylı xəttin yeni istiqamətdə hərəkət edən marşrutu “592A” adı ilə sərnişinlərə xidmət edəcək.