Nazir müavini həbs edilib — Ermənistanda

Nazir müavini həbs edilib — Ermənistanda Ermənistanın təhsil, elm, idman və mədəniyyət nazirinin müavini Qeverq Loresyan xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
“Ölkə.Az” “armenpress”ə istinadən xəbər verir ki, Ermənistan Təhlükəsiz Xidmətinin yaydığı məlumata görə, nazir müavini ilə yanaşı, sürücüsü və futbol klubunun rəhbərlərindən biri həbs edilib.
İlkin ehtimallara görə, nazir müavini sürücüsü vasitəsi ilə külli miqdarda rüşət almaqda ittiham olunur. İstintaq davam edir.

Oxşar xəbərlər