Tofiq Orucov: Qazax bələdiyyəsi öz fəaliyyətində mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir

Tofiq Orucov: Qazax bələdiyyəsi öz fəaliyyətində mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir Qazax bələdiyyəsi şəhərin abadlaşdırılmasındafəal iştirak edib

Hər il olduğu kimi Qazax bələdiyyəsi fəaliyyətini Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, bələdiyyələrlə bağlı Azərbaycan qanunvericiyinə, tövsiyələrinə və bələdiyyənin 2019-cu il İş planına uyğun həyata keçirmişdir.

Mövcud qanunvericiliyə və təsdiq edilmiş İş planına əsasən hər ay bələdiyyəmizin ümumi iclasları keçirilmiş, baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Baxılmış məsələlər arasında sosial-maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, Qazax şəhər sakinlərinin imkanlarımız daxilində müraciətlərini nəzərə alaraq küçə divarlarının suvaqlanması, rənglənməsi, bəzək işləri və təmir işləri görülmüşdür.

Qazax bələdiyyəsi öz fəaliyyətində bu mühüm amilləri əsas götürərək şəhərin yeni inkişaf və quruculuq planlarına uyğun şəkildə abadlaşdırılması sahəsində fəal iştirak etmişdir.

Qazaxlılar 2019-cu ildə öz əksini tapmamış nöqsanların aradan qaldırılması üçün 2020-ci ildə daha yaxşı işləmək üçün Qazax bələdiyyəsinin adından söz verir və öz fəaliyyətimizi Azərbaycan Respublikası Qanunları üzərimizə qoyduğu və Qazax RİH baçısının tövsiyyəsi və seçicilərimizin tələblərini nəzərə alaraq bütün qüvvəmizi səfərbər edərək öhdəsindən gəlməyə çalışacayıq.

Qazax şəhəri gündən-günə gözəlləşir. Şəhərin təmiz qalmasında, parkların, fontanların, tarixi abidələrin qorunub saxlanmasında, təmirində, daha geniş layihələrin həyata keçirilməsində Qazax bələdiyyəsinin əzmlə işləməsi üçün əmlak və torpaq vergilərinin vaxtında ödənilməsinin təmin olunmasında yaxından köməklik göstərməyinizi xahiş edirik!


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Qazax bələdiyyəsinin sədri Tofiq Orucovdur.

Qazax bələdiyyəsinin sədri Tofiq Orucov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Tofiq Orucov bu işin müqəddəsliyini qoruyub saxlayır. Tofiq Orucov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Tofiq Orucovdan danışdılar yaxşı ki, Tofiq Orucov Qazax bələdiyyəsinin sədri təyin olunub… Tofiq Orucov öz isguzarlığı ilə tanınır və seçilir….

Tofiq Orucov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Tofiq Orucovu heç vaxt əqidəsindən döndərə bilməz.

Tofiq Orucov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Tofiq Orucov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Tofiq Orucov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Tofiq Orucovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Tofiq Orucov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Tofiq Orucov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Qazax bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Qazax bələdiyyəsinə sədr gəldiyi gündən Tofiq Orucov vəzifəsini daşıdığı Qazax bələdiyyəsində görülən işlərin siyahısına nəzər salanda isə həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ona etibar edilən bütün işlərdə Tofiq Orucov özünü doğruldub. Bizdə hörmətli Tofiq Orucovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.!

Oxşar xəbərlər