Qalmaqallı açıqlamasından sonra Ərdoğanın yanındakı yerini itirdi - Foto

Qalmaqallı açıqlamasından sonra Ərdoğanın yanındakı yerini itirdi - Foto Türkiyə Prezidenti yanında Rəyasət Heyətinin Ali Məşvərət Şurasının üzvü Bülent Arınç son günlər verdiyi qalmaqallı açıqlama ilə bağlı ölkə gündəmindən düşmür.

“Qafqazinfo”nun “haberler.com”a istinadən verdiyi xəbərə görə, siyasətçi reportajında qanunvericilikdə verilən qərarları şərh edərkən “Faciədir. Ətrafımda o qədər bu qərarlardan doğan fəlakətin qurbanları var ki, onlara yazığım gəlir, mərhəmət göstərirəm. Əslində onlardan da üzr istəyirəm” ifadələrini işlədib.

Arınç həmçinin, FETÖ ilə bağlı oxunan hökmlərdə böyük səhvlərə yola verildiyini bildirərək məhkəmələri sərt şəkildə tənqid edib. Onun sözləri hakim partiya daxilində mübahisələrə səbəb olub. Hətta, Prezident Rəcəb Tayyib Ərdoğan da ötən gün B. Arınçın açıqlamasını tənqid edib: “Dostlar, o, yaxşı bir hüquqşünas olduğuna görə qərarları “faciə” olaraq dəyərləndirməsini böyük təəssüflə qarşıladım. Bu gün onsuz da toplantımız var. Bunu da öz aramızda dəyərləndirəcək, bu barədə danışacağıq”.

Daha sonra Ali Məşvərət Şurası Ərdoğanın rəhbərliyi altında yığıncaq keçirib. Təxminən 3 saat davam edən tədbirdə diqqətçəkən məqam isə Arınçın Ərdoğanın yanında əyləşməməsi olub. Belə ki, sonuncu dəfə 2 noyabrda keçirilən toplantıda o, Prezidentin sol tərəfində əyləşmişdi.

Qalmaqallı açıqlamasından sonra Ərdoğanın yanındakı yerini itirdi - Foto

Oxşar xəbərlər