Telejurnalist Turan İbrahimov Afrikada gördüyü dəhşətlərdən danışdı: “Bir anda atışmanın ortasında qaldım…” – FOTOLAR

Telejurnalist Turan İbrahimov Afrikada gördüyü dəhşətlərdən danışdı: “Bir anda atışmanın ortasında qaldım…” – FOTOLAR Telejurnalist Turan İbrahimov hazırda Afrika dövləti olan Efiopiyada səfərdədir. İnstagram hesabında maraqlı fotolar paylaşan junalistin bu səfəri, orada müşahidə etdikləri diqqətimizi çəkdi və bu haqda onunla müsahibə etmək qərarına gəldik.

Öncə qeyd edək ki, olduğu bölgədə sosial şəbəkəyə qoyulan əngəllər səbəbindən bir neçə saat əlaqə yaratmaqda çətinlik yaşadıq. Sosial şəbəkə üzərindən göndərilən fotolar, səs yazıları saatlar sonra çatırdı. Lakin yaranan problemlərə baxmayaraq bu müsahibəni ərsəyə gətirə bildik.

Qeyd edək ki, Turan İbrahimov Türkiyənin İBS-nin (Uluslararası İşbirliyi və Yardımlaşma Dərnəyinin) xətti ilə Efiopiyaya gedib. 1994-cü ildə yaradılan beynəlxalq səviyyəli dərnək yardımlaşma, dayanışma və qardaşlıq missiyaları ilə fəaliyyət göstərir. İBS Qafqaz bölgəsi başda olmaqla Orta Asiya, Rusiya və Balkan ölkələrində, o cümlədən Afrikada olan bir çox möhtac insanlara, həm maddi , həm də təhsilinə dəstək göstərir. Azərbaycanda Qarabağ, Krımda Tatar mühacirləri, Balkanlarda müharibə qurbanlarına yardım edərək Türkiyə adına xidmət göstərir. Təşkilat haqda qısa arayışın ardından müsahibəni təqdim edirik:

– Turan bəy, Afrika səfəri ideyası necə yarandı, necə oldu ki, Efiopiyaya yollandınız?

– Mən son illər televiziya fəaliyyəti ilə yanaşı, media və ictimaiyyətlə əlaqələr mütəxəssisi kimi Azərbaycanla yanaşı Rusiya bə Türkiyədə bir neçə şirkətə müşavirlik edirəm. Bu holdinq və şirkətlərdən Türkiyədə fəaliyyət göstərənlər də var. Mənim ictimaiyyətlə əlaqələr müşaviri kimi çalışdığım holdinqlərdən biri həm də İBS Yardımlaşma Dərnəyinin donorudur. Həmçinin İBS Yardımlaşma Dərnəyinin başqanı Mehmet Sevər uzun illərdir ki, mənim yaxın dostumdur. Onların bu beynəlxalq statuslu İBS Yardımlaşma Dərnəyi vasitəsilə gördükləri işlərlə həmişə yaxından tanış idim. Bu dəfə də bu qərara gəldik ki, İBS-in nəzdində Afrika səfərinə mən də gedim.– Təşkilatın Afrikadakı işi nədən ibarətdir?

– Afrikada çox sayda, minlərlə yetim uşaqlar var. Kimsəsiz, küçələrdə qalmış, ucqar kəndlərdə ortalıqda qalmış uşaqlar çoxdur. İBS dərnəyi donorlarının yardımları ilə onları toplayıb öz açdığı yetimxanalara yerləşdirir. O yetimxanalarda həmin uşaqları həm saxlayır, həm də təhsillərini davam etdirməsinə dəstək olurlar. Sonradan onları universitetlərə qədər yüksəkdirlər. Afrikada həm də şirin su qıtlığı var. İBS həm də su quyularının qazılması ilə məşğuldur. Bununla yanaşı, mənim hazırda olduğum Efiopiya bölgəsində göz kataraktı xəstəliyi geniş yayılıb. Burada çox yoxsul insanlarda bu xətəlik var, bundan çox əziyyət çəkirlər. İBS həm də həmin insanlarda göz əməliyyatları aparmaqla məşğuldur. Bizim hazırda buraya gəlişimiz də məhz katarakt əməliyyatları ilə bağlıdır. Burada 300 nəfərə yaxın şəxsin katarakt əməliyyatı ediləcək. Mən də bu missiya ilə gəlmişəm, hazırda Efiopiyanın müəyyən ərazilərində gəzirik. Bəlkə insanlarda belə bir sual ortaya çıxa bilər ki, məgər Azərbaycanda kasıb yoxdurmu, onlar gedib Afrikadakı insanlara yardım edirlər. Təbii ki, kasıblar hər yerdə var. Ancaq kasıblığın, yoxsulluğun, acizliyin nə olduğunu buraya gələn insan başa düşə bilər. Azərbaycandakı ən kasıb insan burada orta təbəqədən yuxarı sinfi təşkil edə biləcək insanlara bərabərdir. Buradakı kasıblıq, səfalət, aclıq, çarəsizlik o səviyyədədir ki, onlara kənarda yardım olmasa öləcəklər. Burada şirin su tapmaq mümkün deyil, quyular qazılmalıdır. Dövlətlər isə buna maraq göstərmir. Xüsusən də müsəlman əhalinin yaşadığı bölgələrə heç bir maraq göstərmirlər. Qeyri-rəsmi olaraq belə bir siyasət yürüdülür ki, onlar taleyin ümidinə buraxılıb və nə olursa göz yumulur. Ona görə də, Türkiyənin qeyri-hökumət təşkilatları müsəlman ölkələrindən topladıqları yardımlarla Afrika ölkələrinə bu cür yardımlar edirlər. Mənim gəliş səbəbim də məhz budur, İBS nəzdində gəlmişəm, müşahidələr aparıram.
Telejurnalist Turan İbrahimov Afrikada gördüyü dəhşətlərdən danışdı: “Bir anda atışmanın ortasında qaldım…” – FOTOLAR
– Dövlətin imkanları zəifdir, yoxsa məqsədli şəkildə inanları səfalət içində qoyurlar?

– Mən hazırda Efiopiyadayam, bu bölgənin ən qədim, ən böyük və sivizlizasiyanın mərkəzi hesab olunan dövlətidir. Efiopiyanın paytaxtı Əddis-Əbəbə istər ictimai-siyasi, istər iqtisadi və lojistik baxımdan bizim SSRİ-dən ayrıldığımız dövrləri, 1992-93-cü illəri xatırladır. Əddis-Əbəbə bir qədər də bizim 2000-ci ildən sonrakı tikinti bumu dövrünü xatırladır.

– Turan bəy, artıq bir neçə saatdır ki, sizinlə sosial şəbəkələr üzərindən danışmaqda və foto-video paylaşımında çətinlik yaşayırıq. Məqsədli şəkildə əngəllənirmi internet və sosial şəbəkə imkanları?

– Burada internet, mobil operatorlar, sosial şəbəkə seqmentləri var. Lakin burada qəbilələr arasında müharibələr olur, dövlət də onlara müdaxilə edir. Şəbəkələşmə olmasın deyə tez-tez sosial şəbəkələrə müdaxilə edirlər. Bir neçə saat öncə də bir müdaxilə var idi, ona görə sizinlə əlaqə saxlaya bilmirdim. Müəyyən qədər nəzarət prosesi həyata keçirildikdən sonra görürsən də facebook-u açdılar, ancaq instagramı açmadılar. Bir də baxırsan ki, vatsapp-da yazışmaq mümkündür, ancaq foto və ya səs göndərmək mümkün deyil. Hər şeyə müdaxilə var. Sırf ictimai-siyasi mühitlə əlaqədar olaraq sosial şəbəkələrə müdaxilələr edilir.
Telejurnalist Turan İbrahimov Afrikada gördüyü dəhşətlərdən danışdı: “Bir anda atışmanın ortasında qaldım…” – FOTOLAR
– Dövlətin idarəetmə quruluşu nədir?

Afrikada istənilən dövlətə gedərkən görürsən ki, dövlət var, əsrhəd var, bayraq var, polis var, gerb var- hər şey var, həm də əhali arasına çıxanda görürsən ki, dövlət yoxdur. Sanki dövlət yalnız paytaxtda mövcuddur. Bir qədər bölgələrə çıxan kimi xaos təəssüratı yaradır. Ancaq məqam düşdükcə hər şeyə müdaxilə edirlər. Buranı sözlə izah etmək mümkün deyil, anlamaq üçün görmək lazımdır. Biz Efiopiyanın Bredova şəhəri var ki, paytaxtdan sonra ikinci böyük şəhərdir. Orada bizim qaldığımız otelin önündə səhər tezdən çəkiliş edərkən birdən-birə iki qəbilə arasında atışma düşdü, polis və ordu müdaxilə elədi və atışmanın ortasında qaldım. Bütün bu səhnələri çəkdim və sonrada gəlib məndən telefonumu alıb hamısını sildirdilər. Dediyim kimi, sosial sferada dövlətin varlığı hiss olunmasa da, ictimai-siyasi məsələlərdə müəyyən məqamlarda hiss edirsən ki, dövlət var imiş. Seçki sisteminin və sairin necə olduğunu bilmirəm. Sistemi tam anlamaq üçün burada bir qədər yaşamaq lazımdır. Biz isə qısa müddət üçün gəlmişik.

– Dövlətin humanitar təşkilatlara münasibəti necədir? Onlar üçün tam şərait yaradılırmı? Təhlükəsizliyiniz necə təmin olunur?

Hazırda Afrika hər mənada böyük dövlətlərin istilası ilə üzbəüzdür. Xüsusən də Çin burada sağa-sola böyük pullar xərcləyir, hökumətlərlə əlaqəlar qurur, onların razılığını əldə etməyə çalışır. Burada həmçinin Böyük Britaniyanın, Amerikanın da müəyyən maraqları var. Burada çox sayda missioner təşkilatlar fəaliyyət göstərir. Kilsələr var ki, müsəlman olan və aclığın əlində əsir olan insanlara təklif edirlər ki, gəlin hər gün burada bir dəfə yemək yeyin, ancaq bir şərtlə ki, xristianlığı qəbul edin. Qərb dövlətlərinin burada bu şəkildə fəaliyyəti var. Ancaq Türkiyənin belə bir siyasəti yoxdur, dininə fərq qoymadan hər kəsə yardım edilir. Ancaq Çindən və Qərb dövlətlərindən gələnlər yalnız xristianlara yardım əli uzadırlar.
Telejurnalist Turan İbrahimov Afrikada gördüyü dəhşətlərdən danışdı: “Bir anda atışmanın ortasında qaldım…” – FOTOLAR
– Turan bəy, Efiopiya əhalisini necə xarakterizə edərdiniz? İnsanlarda aclıq və səfalətdən doğan aqressivlik varmı?

Əslində burada insanlar təhlükəsizdir, heç kim sənə soyğunçuluq niyyəti ilə , başqa niyyətlə yaxınlaşmaz. Bui da sırf insanlarla bağlıdır ki, insanları aqressiv deyil. Hətta dilənçisi belə sənə yaxınlaşır, pul versən götürür, verməsən narahat etmir. Harasa gedib yardım paylayırsan, bir afrikalı gəlir, səfil vəziyyətindədir. Soruşur ki, müsəlmansanmı, deyirsən bəli müsəlmanam. O zaman verdiyin yardımı belə götürmür ki, axı mən xristianam. Gərək başa salasan ki, hansı dindən olmağının fərqi yoxdur, yardım hamı üçündür, məhz ondan sonra götürür. Efiopiya insanlarında qəribə bir məğrurluq, mədəniyyət var. Çox kasıbdırlar, acdırlar, aclıqdan ölmək üzrədirlər, ancaq hamısı gülür, sevinir. Ağlaşma , vay-şüvən yoxdur.– Mənzillər, yaşam şəraiti necədir? Binalar , daş evlər varmı, yoxsa palçıq evlərdir?

– Paytaxt şəhərdə yeni bijnalar inşa edilir, hündürmərtəbəli binalar da var. Əddis-Əbəbə bu bölgənin mərkəzidir deyə, bir çox işlər buradan idarə olunur. Ağlınıza gələcək ən brend otellər, rezidensiyalar da var. Ancaq kənara çıxdıqda görürsən ki, insanlar palçıq daxmalarda yaşayırlar. Palçıqdan bir koma düzəldiblər, 10 nəfər orada yaşayır. Bu izah olunmaz bir mənzərədir, onu görmək lazımdır. Bir azərbaycanlı buraya gəldiyi zaman, Azərbaycanın həqiqətən hansı istiqamətdə irəlilədiyinin şahidi olur. Həm iqtisadi, həm ictimai-siyasi və sosial baxımdan Azərbaycan bura ilə müqayisədə 50 il öndədir. Onu da nəzərə alaq ki, hələ Efiopiya Afrikanın ən inkişaf etmiş dövlətlərindən biridir.

– Dövlətin səhiyyə xidmətləri nədən ibarətdir, varmı normal sağlıq ocaqları?

Təsəvvür edin ki, Efiopiyanın rəsmi 91 milyon əhalisi var, ancaq qeyri-rəsmi 120-130 milyondur. Hər şəhərin 5 miylondan çox əhalisi varsa, orada bir xəstəxana var ki, cəmi 2-3 həkimdən ibarətdir. Bu halda siz səhiyyəni təsəvvür edin.
Telejurnalist Turan İbrahimov Afrikada gördüyü dəhşətlərdən danışdı: “Bir anda atışmanın ortasında qaldım…” – FOTOLAR
– Qida sənayesi, istehsal, kənd təsərrüfatı da yoxdurmu?

Bizim hazırda burada olduğumuz dövr yağış dövrüdür, yağış çox olduqda isə sel olur, bu baxımdan əkinə yararlı torpaqları azdır. Yararlı torpaqları isə Çin işğal edir. Burada insanların kənd təsərrüfatı ilə məşğul olmaq üçün təsəvvürləri və bacarıqları yoxdur. Bilmirlər, çox geridə qalıblar, maarifçilik çox aşağıdır. İnsanlar çox cahil və savadsızdır, insanları elə vəziyyətə salıblar ki, heç nə ilə məşğul ola bilmirlər. Ancaq oturub gözləyirlər ki, kimsə onlara yardım etsin. Maraqlı bir məqam da odur ki, hər yer palçıq, toz-torpaq olsa da insanların üst-başı çox təmizdir, əyinlərində ağ köynək, ağ şalvar tər-təmiz olur. Su yoxdur, ekoloji cəhətdən bərbad bir vəziyyətdir, ancaq təmizdirlər. Onların ümumi gigiyena anlayışı bizimki kimi deyil, onu müqayisə edə bilmərik. Ancaq ümumi görüntü təmizdir. Hətta ucqar kəndlərdə belə insanlar cəmi bir dəst paltarı olsa da, onu necə təmiz geyinirlər, sanki hər axşam yuyub səhərə qurudurlar. Afrikanın əksər yerlərində bu belədir. Somalilər isə çox aqressivdirlər, aclıqdan çox əziyyət çəkirlər. Hətta onlara yardım etdikdə də az qalırlar səni öldürsünlər ki, niyə səndə var, onlarda yoxdur. Mentalitet ölkəyə görə dəyişir. Ümumilikdə Afrika qitəsi sömürülmüş, istismar edilmiş qitədir. İnsanların belə bir natamamlıq kompleksi də var ki, bizi istismar edirlər.

Oxşar xəbərlər