“Deyərdin ki, “mamıçka”ma oxşadıblar, əcəb ediblər”

“Deyərdin ki, “mamıçka”ma oxşadıblar, əcəb ediblər” Əməkdar artist Könül Kərimova ilə müğənni Natavan Həbibi arasında anlaşılmazlıq yaranıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb KİV-lərdə imicini dəyişən Natavanın Kərimovaya bənzədilməsi olub.

Buna əsəbiləşən Həbibi “ATV maqazin onlarla” proqramına mövzu barədə açıqlama verib: “Məni Könül Kərimovaya bənzədərək aşağılamaq istəyirsizsə, ona zəng vurun, cavabınızı alacaqsız. Könül Kərimova gözəl xanım və anadır. Elə bil ki, məni təhqir etmək istədilər. Bəziləri danışığını bilmir. Dəbdən xəbəri olmayanlar eynəyimdə səhv tutursa, mənim sözüm yoxdur. Trenddə olan bir eynək modelidir”.Daha sonra instaqram səhifələri Natavanın sujetdəki fikirlərini yaymağa başlayıblar. Bununla da, sənətçini tənqid edənlərin sayı artıb. Bundan sonra Natavan instaqram hesabında post paylaşaraq Könül Kərimova ilə münasibətlərinin qaydasında olduğunu qeyd edib:

“Bəsdirin! Heç olmasa proqrama tam baxın. Mən nə hayda, siz nə hayda... Sadəcə olaraq məni şəxsən tanımayan insanların haqqımda bu qədər neqativ və dayaz fikirləri məni üzmür desəm, yalan olar. Xətrimə dəyirsiz. Bu söhbəti bağlayın. Elə bil uşaq bağçasıdır. Könül Kərimova, sizi çox sevirəm”.
“Deyərdin ki, “mamıçka”ma oxşadıblar, əcəb ediblər”
Könül Kərimova isə “tv.efir.az” instaqram səhifəsinə ATV-nin əməkdaşını bu cür sujet hazırladığı üçün tənqid edib: “İllərdir Natanı tanıyıram və bəyənirəm. Onun nə demək istədiyini çox gözəl bilirəm və nə deyə biləcəyini də.... Təəsüflər olsun ki, ATV-nin əməkdaşı bu materialı belə hazırlayıb. Onun da xətri əzizdi mənə, amma gərək belə etməzdi. O ki qaldı Natavana, gərək bir kəlmə deyərdi ki, məni “mamıçka”ma oxşadıblar, lap əcəb ediblər”.

Kərimova daha sonra instaqramda Natavanın adını “tag” edərək “Mənim əzizim, heç nədən narahat olma! Sizi sevirəm... Bizim bu sevgimizə belə cılız söhbətlər əngəl ola bilməz” deyə bildirib.“Deyərdin ki, “mamıçka”ma oxşadıblar, əcəb ediblər”

Oxşar xəbərlər