Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri

Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri Yeni inşa edilmiş Orand kənd tam orta məktəb binasının açılış mərasimi keçirildi

Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri


2019-cu il dekabrın 19-da Lerik rayonu Orand kənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirildi. Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, rayon təhsil şöbəsinin rəhbərliyi, təhsil işçiləri, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbirdə Orand kənd tam orta məktəbinin yeni binasının tikintisi haqqında məlumat verilərək bildirildi ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 oktyabr tarixli 553 nömrəli Sərəncamı ilə Orand kəndində 180 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün maliyyə vəsaiti ayrılmış, 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə də tikintinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaiti nəzərdə tutulmuşdur. Məktəb binasının tikintisi bu ayın əvvəllərində tam başa çatdırılmışdır.
Azərbaycan Respublikası Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva əlamətdar hadisə münasibətilə təhsil işçilərini, məktəbin şagirdlərini təbrik etdi, xoş arzularını çatdırdı. Son illər cənab Prezidentin diqqət və qayğısı ilə ölkəmizin bölgələrində də bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatla təchiz olunduğunu qeyd etdi.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilin inkişafına, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına daim diqqət və qayğıya göstərilir. Dövlət proqramlarına müvafiq olaraq son 15 ildə Lerik rayonunda 70-dən çox məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir. Dövlətimizin başçısı ötən il oktyabrın 15-də rayonumuza səfəri zamanı bir sıra sosial obyektlərin, o cümlədən yeni tikilmiş körpələr evi–uşaq bağçasının açılışında iştirak etdi. Səfərdən sonra cənab Prezidentin imzaladığı Sərəncamla Orand kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni ümumtəhsil məktəb binasının tikintisi üçün maliyyə vəsaiti ayrıldı və tikinti işlərinə başlanıldı. Bundan sonra da rayonda təhsil müəssisələrinin binalarının tikintisi və əsaslı təmiri işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Açılış mərasimində Orand kənd sakini, el ağsaqqalı Şahi Əzimov çıxış edərək dövlət başçısının bütün sahələrə olduğu kimi, təhsilin inkişafına da göstərdiyi diqqət və qayğıya, kənddə yeni məktəb binasının tikintisinə görə kənd sakinləri adından Prezident cənab İlham Əliyevə minnətdarlığını bildirdi.
Orand kənd tam orta məktəbinin gənc müəllimi Günel Hümbətova, məktəbin 10-cu sinif şagirdi Şahanə Həmidova çıxış edərək yeni məktəb binasında lazımi şəraitin yaradıldığını qeyd edərək, təhsil işçilərinin və şagirdlərin bundan sonra daha həvəslə çalışacaqlarını bildirdilər, yaradılan şəraitə görə dövlət başçısına, həmçinin rayon rəhbərliyinə minnətdarlığını ifadə etdilər.
Mərasimində məktəb şagirdlərinin ifasında şeirlər səsləndirildi.
Sonra açılışı bildirən rəsmi lent kəsildi və qonaqlar yeni məktəb binasında yaradılmış şəraitlə tanış oldular.



“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması” mövzusunda seminar-müşavirə keçirildi

Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri


Lerik Rayon İcra Hakimiyyətinin akt zalında Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun və Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyevin, rayonun aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərlərinin, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, məhsul istehsalçılarının iştirakı ilə seminar-müşavirə keçirildi.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov seminar-müşavirə iştirakçıları adından qonağı salamladı və rayonda kənd təsərrüfatı işlərinin gedişi barədə məlumat verdi. Bildirdi ki, rayon əhalisi əsasən heyvandarlıqla və əkinçiliklə məşğuldur. Cari ildə 3226,0 ha dənli və dənli paxlalı bitkilər sahəsindən 7079,0 ton, 1422,0 ha kartof sahəsindən 17583,0 ton, 314,0 ha tərəvəz bitkiləri sahəsindən 4032,0 ton məhsul istehsal olunmuşdur. 2019-cu ildə 4194,0 ton ət, 21415,0 ton süd, 7373,0 min ədəd yumurta, 185,3 ton yun, 150 tona yaxın bal istehsal olunmuşdur.
Sonra icra hakimiyyətinin başçısı rayon üçün ənənəvi sahələrdən biri olan tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı görülən işlərdən və bu sahədə mövcud olan problemlərdən danışdı.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin məlum Fərmanı və Fərmanın icrası ilə bağlı istər respublikada, istərsə də rayonumuzda görülmüş işlər barədə ətraflı məlumat verdi.
Daha sonra natiq “Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması barədə məlumat verərək əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannamələrin təqdim olunma mexanizmi barədə geniş izahat verdi.
Tədbir iştirakçılarından Elxan Aslanov, Ələkbər Kərimov, Güləddin Şahverənov və başqaları müzakirə olunan məsələ və ümumilikdə aqrar sahədə mövcud olan problemlər barədə çıxış etdilər və bu sahə ilə bağlı suallar nazir müavini İlham Quliyev tərəfindən cavablandırıldı.


Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri


Lerik deyəndə istər-istəməz gözlərimiz qarşısında əsrarəngiz mənzərələr, uca dağlar, dərin dərələr, sıldırım qayalar, yaşıl donlu meşələr, axan çaylar, buz bulaqlar canlanır. Bunlara tamaşa etdikcə xəyalın qanad çalıb səni başqa bir aləmə - səsi-sorağı əsrlərin o tayından gələn keçmişlərə aparır. Fikirləşirsən ki, görəsən, nə zamandan mövcuddur Lerik adlı bu gözəl diyar.

Rayon indi inkişafının yeni dövrünü yaşayır. Regionların sosial-iqtisadi inkişafı III Dövlət Proqramı çərçivəsində burada təbii qaz, yol çəkilişi işləri davam etdirilir. Kənd təsərrüfatının, turizmin inkişafı üçün tədbirlər həyata keçirilir. Gündən-günə gözəlləşir, abad olur dağlar diyarı. Lakin bu gözəllik insan olmasaydı, kimsəsiz yetim kimi görünərdi. Onu dəyərləndirən, hüsnünə heyran olan insan da onun qarşısında borclu qalmır. Zəhməti, zövqü, gücü, qüdrəti ilə onun hüsnünə yeni rənglər, çalarlar qatır, öz diyarını daha gözəl edir. Eyni zamanda neçə-neçə ziyalının, müxtəlif peşə sahiblərinin, zəhmətkeş insanların dünyaya göz açdığı, boya-başa çatdığı yurd yeridir dağ-dərəli bu torpaq. Onlar ölkəmizin elmi, iqtisadi, mədəni potensialının inkişaf etməsi üçün gecəni gündüzə qatır, həm Azərbaycanın, həm də doğulduqları Lerikin adına şöhrət gətirirlər.


Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Son günlər ölkə KIV-lərində Rövşən Bağırov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Lerik Rayonu İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Qanuninfo.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Lerik Rayonu İcra Hakimiyyətinin Başçısı Rövşən Bağırov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri


Hazırda rayona rəhbərlik edən icra başçısı Rövşən Bağırovun Cənab Prezident İlham Əliyevin əmr və tapşırıqlarını operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır.

Hazırda Rövşən Bağırovun gərgin əməyi və zəhməti sayəsində Lerik sürətlə inkişaf edir, abadlaşır və yenidən qurulur. Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun bu rayona başçı təyin olunduğu vaxtdan bəri, Lerikin əksər sahələrində böyük canlanma, dinamik inkişaf müşahidə olunmaqdadır. Rayondan Qanuninfo.az-ın elektron poçtuna ünvanlanan məktublarda Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun fəaliyyətinə dair razılıq hisslərinin ifadə olunması ilə yanaşı, rayonda gedən proseslərin saytımızda işıqlandırılması xahişlərinə də tez-tez rast gəlinir.

Lerik rayonunun inkişafı çox sürətlə gedir. Son üç il ərzində Lerikdə iqtisadiyyat təxminən beş dəfə artmışdır. Bu, onu göstərir ki, rayonun imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın bütün regionlarında olduğu kimi, burada da yaxşı nəticələr vardır. O cümlədən, hər bir rayonun iqtisadi göstəriciləri də bizi çox sevindirir"


Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri
Gözəlləşən Azərbaycan silsiləsindən - Lerik şəhəri

Oxşar xəbərlər