Əhməd Davudoğlu AKP-dən istefa verib

Əhməd Davudoğlu AKP-dən istefa verib Əhməd Davudoğlu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlüyündən istefa verib.

APA-nın Türkiyənin “Sözçü” qəzetinə istinadən verdiyi xəbərə görə, bununla bağlı sabiq Baş Nazir bəyanat yayıb.

Ə. Davudoğlu ilə bərabər, bir neçə sabiq millət vəkili – Səlcuq Özdağ, Ayxan Səfər Üstün və Abdullah Başçı, habelə AKP-nın İstanul təşkilatının sabiq sədri Səlim Temurci də partiya üzvlüyündən istefa veriblər.

Xatırladaq ki, bir müddət əvvəl sabiq Xarici İşlər naziri Əli Babacan da AKP-dən istefa verib.

Oxşar xəbərlər