Üç uşaq anası olan sevgilisini qətlə yetirdi — Bakıdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Üç uşaq anası olan sevgilisini qətlə yetirdi — Bakıdakı DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI Bakıda üç uşaq anasını qətlə yetirməkdə təqsirləndirilən Fərhad Abuşovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayında Səbail rayonu Bayıl qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Mikayılova Kəmalə Hümmət qızı Arif İsmayılov küçəsində bıçaqlanıb, o, sürünərək qonşunun həyətinə keçib və orada vəfat edib. Mediada yayılan məlumata görə, araşdırma zamanı K.Mikayılovanın sevgilisi tərəfindən öldürüldüyü müəyyən edilib. Belə ki, qadının Rusiyada yaşayıb işləyən əri Bakıya qayıdacağı gün Kəmalə sevgilisi 1982-ci il təvəllüdlü Abuşov Fərhad Cəlal oğlu ilə evdə mübahisə edib. Daha sonra Kəmalə Mikayılova küçəyə çıxaraq gedib. Bu zaman Fərhad Abuşov bıçaq götürərək onun arxasınca gəlib və A.İsmayılov küçəsində ona bir neçə bıçaq zərbəsi vurub.
F.Abuşov daha sonra yaxınlıqdakı Neftçi Qurban küçəsində tikilən hündürmərtəbəli binanın həyətində yerləşən kranın üstünə çıxaraq özünü öldürmək istəyib. Polis əməkdaşları tərəfindən aparılan profilaktik söhbətdən sonra o, intihar etmək fikrindən daşınıb və yerə düşüb. F.Abuşov saxlanılaraq istintaqa cəlb edilib.

F.Abuşov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham edilir.

Oxşar xəbərlər