Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

Sumqayıt Qaz İstismarı Sahəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan saat 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrinin, 11, 12, 13, 20, 21-ci mikrorayonlarının, Corat qəsəbəsi, Novxanı, Saray, Corat və Metallurq bağlarının qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Oxşar xəbərlər