
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bunu “Instagram” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Mehriban Əliyeva bu insanların qəhrəmanlığı qarşısında baş əydiyini bildirib: “Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub. Allah rəhmət eləsin. Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!”.