Novruz Məmmədovdan — YENİ QƏRAR

Novruz Məmmədovdan — YENİ QƏRAR Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli qərarı ilə təsdiqlənmiş “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, Elm və Təhsil Mərkəzi “Təfəkkür“ Universiteti (fəlsəfə doktoru üzrə) “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsindən çıxarılıb. Naxçıvan Müəllimlər İnstitutu (fəlsəfə doktoru üzrə) isə “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın “Azərbaycan Respublikasının Təhsil Nazirliyi üzrə” bölməsinə daxil edilib.

Oxşar xəbərlər