Dünyanın yarısı içməli su tapmayacaq, insanlıq təhlükədə…

Dünyanın yarısı içməli su tapmayacaq, insanlıq təhlükədə… Alimlərın hesablamarına görə, son 100 ildə içməli su mənbələrindən istifadə və tükədilməsi yer üzünün əhali artımı ilə müqayisədə 2 dəfə çoxdur və bu normal hal deyil. Yaxın 20 ildə 1,7 milyard insan içməli su qıtlığı təhlükəsi ilə üz-üzə qalacaq.

Medicina.az bildirir ki, xəritə üzrə 17 ölkə ciddi və təhlükəli həddə içməli su çatışmazlığı hiss edir.

Bu siyahı və məlumatları Dünya təbii resurslar institutu yayıb. Bu o deməkdir ki, dünya əhalisinin 4-də biri içməli su ehtiyacının cəmi 20% ödəndiyi regionlarda yaşayır və onlar gələcəkdə daha çətin vəziyyətlə üz-üzə qalacaq.

“Bu elə problemdir ki, hamı bilir, amma susurlar. İçməli su defisiti ildən-ilə artan qlobal krizisdir – institutun rəhbəri Endryu Stir bildirir. Bu o həddə gəlib çatacaq ki, qlobal miqrasiya baş verəcək, ölkələr arası konfliktlər başlayacaq, dünya qida təhlükəsizliyi balansı pozulacaq”

Dünyadakı içməli su mənbələrindən son 60 ildə su alınması 2 dəfə artıb. Hazırda 44 ölkə yüksək su stresi həddinə çatıb.
Ölkələr siyahısına Afrika və Asiya ölkələri liderlik edir.

Risk qrupunda olan ölkələr siyahısında isə İspaniya, İtaliya, Belçika, Portuqaliya, Türkiyə kimi inkişa etmiş ölkələr də daxildir.
MDB dövlətlərindən Qırğızıstan, Türkmənistan, Özbəkistan, Ermənistan da siyahıya daxildir.

Oxşar xəbərlər