Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı

Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı Dövlət orqanlarında çalışan, dövlət qulluqçusu olmayan işçilərin aylıq vəzifə maaşları artırılıb.

“Qafqazinfo” xəbər verir ki, Baş Nazir Novruz Məmmədovun imzaladığı “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərara əsasən, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. işçilərin cari ilin sentyabrın 1-dən aşağıdakı məbləğlərdə müəyyən edilib:

ali kateqoriya dövlət orqanlarında vəzifə maaşları 310 (əvvəl 220) manat;

1-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 295 (əvvəl 210) manat;

2-ci və 3-cü kateqoriya dövlət orqanlarında vəzifə maaşları 280 (əvvəl 200) manat;

4-cü və 5-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 260 (əvvəl 180) olub. Qərar sentyabrın 1-dən qüvvəyə minir.

Oxşar xəbərlər