Ailəsi asılı vəziyyətdə tapdı – 20 yaşlı gəncin intiharı

Ailəsi asılı vəziyyətdə tapdı – 20 yaşlı gəncin intiharı Şəkidə 20 yaşlı gənc intihar edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Şəki şəhəri, Qara Qarayev küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib.

1999-cu il təvəllüdlü Nəsib Mircəlal oğlu Cəlalovun meyiti yaşadığı evdə asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb. 20 yaşlı gəncin intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər