
Bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov “Qafqazinfo”ya açıqlamasında paytaxtda yemişin qiymətinin baha olmasına münasibət bildirən zaman deyib.
O bildirib ki, alverçi, vasitəçi dediyimiz zümrə 1-2 qəpiyi də fermerə çox görür: “Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, “sahədən baha almışıq, ona görə baha satırıq”- deyib kəndlinin günahına girirlər. Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketin qarşısında fermerdən 10 qəpiyə aldıqları yemişi 55 qəpiyə satırlar. Paytaxt supermarketlərində fermerdən 10 qəpiyə alınan yemiş alıcılara 1 manata, manat yarıma satılır. Fermerin əməyinə yazıq!”.