Bakıda sərxoş sürücü avomobili aşırıb

Bakıda sərxoş sürücü avomobili aşırıb Bakıda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Xətai rayonu, Nobel prospektində qeydə alınıb.

Belə ki, Nargilə restoranının qarşısında yüksək sürətlə hərəkətdə olan avtomobil əvvəlcə minik avtomobili ilə toqquşub. Daha sonra DYP avtomobilinə və sərnişin avtobusuna çırpılaraq aşıb.

İlkin ehtimala görə, qəzaya sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər