
Müsabiqələr riyaziyyat və informatika fənləri üzrə VI, fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında keçirilib. Hər bir fənn üzrə ən yaxşı nəticə göstərən 5 şagird 1-ci yerə, növbəti 10 şagird 2-ci yerə, növbəti 15 şagird isə 3-cü yerə layiq görülmüşdür. Yer tutan şagirdlərdən əlavə olaraq, hər bir fənn üzrə müsabiqənin final mərhələsində iştirak edən şagirdlərin ən yüksək nəticə göstərən 10%-i qədəri həvəsləndirici sertifikatla təltif olunacaqlar. Müsabiqələrin mükafatlandırma mərasimi növbəti (2019-2020-ci) tədris ilinin əvvəlində keçiriləcək.
Təşkilat komitəsinin qərarına əsasən qiymətləndirmə zamanı müvafiq fənnə aid tapşırıqların əmsalı 2.5, məntiqi təfəkkürü ölçmək üçün təqdim edilən tapşırıqların əmsalı isə 1.5 olaraq müəyyən edilib.