Düşmən Xalq artistləri xəstəxanada barışdı - Fotolar

Düşmən Xalq artistləri xəstəxanada barışdı - Fotolar Azərbaycanın Xalq artistləri Mənsum İbrahimovla Canəli Əkbərov barışıb.Bir müddət əvvəl bir-birinə ağır sözlər deyən iki məşhur sima küsülülüyə son qoyub.

Belə ki, M. İbrahimov xəstəxanada müalicə alan həmkarını ziyarət edib. O, xəstəxanada foto çəkdirərək instaqram səhifəsində paylaşıb, C. Əkbərova şəfalar diləyib.

Qeyd edək ki, Canəli Əkbərov “Qafqazinfo”ya müsahibəsində muğam müsabiqəsinin 5 münsifi- Sərdar Fərəcov, Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova və Mənsum İbrahimov haqqında sərt fikirlər səsləndirmişdi. O, M. İbrahimovun 90-ci illərdə hərbidən yayındığını qeyd etmişdi.

Düşmən Xalq artistləri xəstəxanada barışdı - Fotolar

Oxşar xəbərlər