
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı danışarkən deyib.
Nazir bildirib ki, 2020-ci ilin yanvarından pensiya artacaq: “Orta aylıq əmək haqqı artımı proqnozumuz bu il üçün 15% -dir. Buna uyğun olaraq 2020-ci ilin bir yanvarından bütün pensiyaçılarımızın pensiyası əlavə 15% olaraq artacaq”.