Azərbaycanda televiziya və radio kanalların yayımı dayandırılacaq

Azərbaycanda televiziya və radio kanalların yayımı dayandırılacaq İyunun 10-da Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılacaq. Bunu APA-ya “Teleradio”İstehsalat Birliyindən deyiblər.

Kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunan cədvələ uyğun həyata keçirilir. Bu ilin cədvəlinə əsasən, dörd kompleks profilaktika nəzərdə tutulub.

Birinci profilaktika martın 4-dəkeçirilib, ikincisi iyunun 10-da, üçüncüsü sentyabrın 16-davə dördüncüsü dekabrın 9-dakeçiriləcək.

Oxşar xəbərlər