Zəhranın diləndirildiyi görüntülər yayıldı – Video

Zəhranın diləndirildiyi görüntülər yayıldı – Video Xəbər verdiyimiz kimi itkin düşmüş 3 yaşlı Zəhra Bağırzadə artıq tapılıb.

Primetime.az-da azyaşılının əlindən bir qadının tutduğu və ondan istifadə edərək diləndiyini əks etdirən görüntülər yayılıb. Həmin şəxsin Masallı rayon sakini Təzəgül Nəzərova olduğu bildirilir. O, artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, azyaşlı “Neftçilər” metro stansiyası yaxınlığında tapılıb. Zəhranın atası qızının polislər tərəfindən tapıldığını bildirib.

Məlumat üçün qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxmışdı.


Oxşar xəbərlər