Maşının qarşısını kəsdi, özünü döydü, avtomobilini əzdi – Paytaxda olay

Maşının qarşısını kəsdi, özünü döydü, avtomobilini əzdi – Paytaxda olay Bakıda sürücü döyülüb, avtomobili isə əzilib.

ONA-nın xəbərinə görə, hadisə Nizami rayonu, Ziya Bünyadov prospektində baş verib.

90-BR-939 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili idarə edən Mahir Əliyevin qarşısını digər avtomobil kəsib. Avtomobildən düşən naməlum sürücü M.Əliyevi döyərək ona xəsarət yetirib. Daha sonra ona məxsus “Mercedes” markalı nəqliyyat vasitəsi küt alətlə əzilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində Xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Xuliqanlıq törətməkdə şübhəli bilinən şəxs axtarışdadır.

Oxşar xəbərlər