
Qol.az xəbər verir ki, görə, ÇL-ə son vəsiqə qazananlardan “Sarayevo” (Bosniya və Herseqovina), “Pyast” (Polşa) və “Sutyeska” (Monteneqro) səpələnməmişlərin sırasına düşüb. Bundan başqa, qeyri-müəyyənlərdə göstərilən “Valletta”nın (Malta) da artıq səpələnməmişlər arasında olacağı dəqiqləşib.
Bu isə o deməkdir ki, adıçəkilən klublardan hər biri 1-ci təsnifat mərhələsində mübarizə aparacaq və səpələnmişlər səbətindən yer alacaq “Qarabağ”a rəqib ola bilər.
Artıq Ağdam təmsilçisinin 16 potensial rəqibindən 13-ü məlumdur.
Səpələnmişlər: “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dundalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç).