
“Qafqazinfo”nun məlumatına görə, aralarında məşhurların da olduğu 20 nəfər haqda İstanbul Bölgə Ədliyyə Məhkəməsi hər birinə 10 ay həbs cəzası elan edib.
Əvvəlki hökmü ləğv edən məhkəmə “istifadə etmək üçün narkotik və digər maddələri satın alma, qəbul etmə və saxlama” maddəsi üzrə ittihamı əsas götürərək qərarını açıqlayıb. Müttəhimlər haqqında yeni hökmün elan edilməsi 5 il müddətinə təxirə salınıb. 20 nəfər, eyni zamanda bir illik inzibati məsuliyyətə cəlb olunublar.