Prezident daha bir məşhura mənzil hədiyyə etdi

Prezident daha bir məşhura mənzil hədiyyə etdi Prezident İlham Əliyev xalq artisti Qurban İsmayılova ev hədiyyə edib.

Dergi.az xəbər verir ki, bu barədə aktyor özünün video-müraciətində deyib.

O, dövlət başçısına minnətdarlığını bildiririb: “Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə mən cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzu edirəm”.

Qeyd edək ki, Q.İsmayılov bundan öncə “Kristal Abşeron”da kreditdə olan birotaqlı mənzildə yaşadığını qeyd edib.Prezident daha bir məşhura mənzil hədiyyə etdi

Oxşar xəbərlər