Samuxda ərinə xəyanət edən qıza atası işgəncə verdi — DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

Samuxda ərinə xəyanət edən qıza atası işgəncə verdi — DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI Samuxda qızını öldürməyə cəhddə təqsirli bilinərək həbs edilən Famil Ələkbər oğlu Məhərrəmov Ali Məhkəməyə şikayət edib.
Famil Məhərrəmovun şikayəti ilə bağlı məhkəmə baxış iclası may ayının 21-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək.

Rayon sakini Famil Ələkbər oğlu Məhərrəmova qızının əxlaqsız əməllərlə məşğul olması barədə məlumat daxil olub. O, qızının yaşadığı Samux rayon Ziyadlı kəndinə gedərək bu məlumatları dəqiqləşdirməyə çalışıb. Famil Məhərrəmov iyulun 25-də səhər saatlarında qızını yaşadığı ər evindən Samux şəhərindəki evinə gətirib və ondan həyat yoldaşına xəyanət etməsinin doğru olub-olmamasını soruşub. Lalənin susaraq ağlamasını isə xəyanətinin təsdiqi əlaməti hesab edərək qızını öldürməyə cəhd göstərib. Bu məqsədlə onu sirkə turşusunu və zəhərli maddələr qrupuna aid olan DDT tərkibli pestisid maddəni içməklə özünü öldürməyə məcbur edib, lakin ölmədiyini görüb otaqda stolun üstündəki stəkanı sındıraraq qırıntısı ilə bilək nahiyəsini kəsməyə vadar edib. Ancaq yenə də qızının ölmədiyini görüb balta ilə baş nahiyəsinə bir dəfə zərbə endirib və onu döşəmənin üzərinə yıxaraq əlləri ilə boğmağa çalışıb. Lalənin huşunu itirib hərəkətsiz qaldıqdan sonra qızını öldürdüyünü zənn edərək həyat yoldaşı Təranə Nəsibovadan polisə məlumat verməsini istəyib. Ancaq F.Məhərrəmov polisə təslim olduqdan sonra qızının yaşadığı məlum olub və yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində Lalənin həyatını xilas etmək mümkün olub.
F.Məhərrəmova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər