
Videogörüntülərdə bir gəncin yüklərin yoxlanması üçün nəzərdə tutulan “X-ray” cihazına çantası ilə birlikdə özünün də daxil olduğu görünür.
Gülüş hədəfi olan bu hadisənin Azərbaycanda çəkildiyi iddia edilsə də, Azərbaycan Dövlət Gömrük Komitəsi iddianı təkzib edib.
Türkiyə mediası bu hadisənin Ermənistan-Gürcüstan sərhədindəki Baqratesyan gömrük-keçid məntəqəsində baş verdiyini yazıb.