
Tərtibatçılar “Android” platforması üçün nəzərdə tutulmuş versiyasında “qara rejim”i yoxlayırlar.
Bu barədə məlumatı “WABetaInfo” portalı yayıb.
Yeni funksiya artıq messencerin beta-versiyasında (2.19.82) təbiq olunub. “Qara rejim”i işə saldıqda, işıqlandırma dəyişərək fon qara rəngdə, mətnlərin şriftləri isə ağ rəngdə olur.
Bu funksiyanın digər versiyalarda nə zaman tətbiq ediləcəyi açıqlanmır.