Baba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edir

Baba Rzayevin rəhbərliyi ilə


Dövlətimizin başçısı, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının inşası uğurla gedir. Hasil olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi təchizatında 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasından asılılığın aradan qaldırılması, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün bu yarımstansiya müstəsna rola malikdir. “Qobu” yarımstansiyasının xüsusi özəlliyi ondan ibarətdir ki, bu, Bakıda tikilən ilk 330 kilovoltluq yarımstansiya olacaq və ən əsası, ölkənin ən strateji yarımstansiyası olan 500 kilovoltuq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşıyacaq. “Qobu” yarımstansiyasının enerjisistemə inteqrasiyasının 2 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.

Ölkədə enerji təminatının əsaslı şəkildə yaxşılaşdırılması, böyük infrastruktur layihələrin icrası baxımından mühüm işlər görülüb. Lakin elektroenergetika sektorunun daim inkişaf edən sahə olduğunu, əhalinin artım tempini, sənayeləşmə prosesini nəzərə alaraq sonrakı dövrdə generasiya güclərinə tələbatın müəyyənləşdirilməsi və onun vaxtında qarşılanması konkret vəzifə olaraq qarşıya qoyulub. 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının generasiya mənbəyi olaraq yaradılması da qarşıya qoyulan mühüm vəzifənin əsas komponentlərindəndir.

Yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının təməlini qoydu.

Qeyd edək ki, bu stansiyanın tikintisi yaxın illərdə respublikada fəaliyyətə başlayacaq bir sıra qeyri-neft sənayesi obyektlərinin, o cümlədən Ələt qəsəbəsinin yaxınlığında yaradılacaq “Azad İqtisadi Zona”nın etibarlı elektrik enerjisi ilə təchizatında mühüm rol oynayacaq. “Qobu” layihəsinə dünyanın məşhur şirkətləri yüksək rəy verməklə yanaşı, onun tikintisində yaxından iştirak edirlər.

“Qobu” Enerji layihəsi, o cümlədən 385 meqavat gücündə “Qobu” Elektrik Stansiyasının tikintisi ölkənin enerji sistemində bir mənbədən asılılığı aradan qaldırmaq, Bakı şəhərinin, ümumilikdə Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatının dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə çatdırmağa hesablanıb. Bu layihənin icrası digər sosial məsələdə də əhəmiyyəti ilə seçilir. Belə ki, “Qobu” Elektrik Stansiyası və “Qobu” yarımstansiyasının işə salınması məşğulluğun artırılmasına töhfə olacaq. Burada 120-dən artıq yeni iş yeri yaradılacaq.

Baba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edirBaba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edir
Baba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edirBaba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edirBaba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edirBaba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edirBaba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edirBaba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edir
Baba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edir


İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Baba Rzayevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Baba Rzayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Baba Rzayev təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Baba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edir






Baba Rzayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Azərenerji” ASC-nin prezidenti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Baba Rzayev "Azərenerji” ASC-nin prezidenti fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Baba Rzayevin rəhbərliyi ilə "Azərenerji” ASC ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə tam təmin edir

“Azərbaycan dünyaya günəş kim doğacaq” - söyləyən ulu öndər Heydər Əliyev öz ölkəsinin inkişaf strategiyasını hələ çox əvvəllər, sovetlər dönəmindən müəyyənləşdirmişdi.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində, o cümlədən elektroenergetika sisteminin inkişafında öz əksini tapıb. Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına gətirib çıxarıb. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli – 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır.

Səhmləri dövlətə məxsusdur.

"Azərenerji” ASC-nin əsas vəzifəsi ölkəmizi fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, regionun elektrik şəbəkəsini Dünya standartlarına uyğun yenidən qurmaqdır. Bu prinsipləri əldə rəhbər tutaraq, "Azərenerji” ASC artıq genişmiqyaslı yenidənqurma və təmir işlərinə başlamışdır.

"Azərenerji” ASC-nin prezidenti Baba Rzayev prezidentin göstərişlərinin icrasına elə şəffaflığın təmin olunması məsələsindən başladı.

Baba Rzayev də çıxışlarında daim qeyd edir ki, hər bir energetikin vəzifəsi prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndərimiz Heydər Əliyevin energetika sahəsindəki strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin daimi diqqəti və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin elektroenergetika sistemi daha da inkişaf etdirilərək beynəlxalq standartlara uyğun yenidən qurulur. Aparılan islahatların uğurlu nəticəsidir ki, bu gün Azərbaycan nəinki elektrik enerjisinə olan ölkədaxili tələbatını ödəyir, hətta regionda etibarlı elektrik enerjisi ixracatçısına çevrilmişdir. Bu uğurların əldə edilməsində “Azərişıq”ASC əməkdaşlarının da xüsusi xidmətləri vardır.

Oxşar xəbərlər