
Məşhur müğənni Xalq artistləri Fuad Poladov, Amaliya Pənahova və Zərnigar Atakişiyevanın adlarını çəkərək qonaqların onları yad etməsini xahiş edib: “2018-ci il əfsus ki, aramızdan nəhəgləri apardı. Rica edirəm ki, alqışla onları anaq”.
F. Ağayevin təklifindən sonra zalda əyləşən hər kəs ayağa qalxsa da, Xalq artisti Flora Kərimova küsülü həmkarının xahişini yerinə yetirməyib. O, ayaqüstə qalxmayaraq dünyasını dəyişən sənətkarları yad etməyib.