Azərbaycanda kişi başından baltalandı, sağ qaldı

Azərbaycanda kişi başından baltalandı, sağ qaldı Hacıqabul sakinini başından baltalayıblar.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, əvvəllər məhkum olunmuş, 1958-ci il təvəllüdlü Atamoğlanov Yaqub Ağarza oğlu döyülüb və baş nahiyəsindən balta zərbəsi alıb. O, komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Kəllə-beyin travması alan Y. Atamoğlanovun baş nahiyəsinə çoxsaylı cərrahi tikişlər qoyulub. Qohumlarının məlumatına görə, hadisə onun evində baş verib.

Hal-hazırda hadisənin kim törədildiyi aydınlaşdırılır. Hələlik polis bir nəfəri saxlayıb.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır

Oxşar xəbərlər