“Xocalı qətliamı insanlıq tarixinə sürülən qara ləkədir” — Belçika parlamentinin deputatı

“Xocalı qətliamı insanlıq tarixinə sürülən qara ləkədir” — Belçika parlamentinin deputatı “Xocalı qətliamı,insanlıq tarixinə sürülən qara ləkə, bütün insanlığın dərslər çıxarması qətliamdır”.
“Ölkə.Az”a Diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verir ki, bu sözləri Belçika parlamentinin deputatı Şevket Temiz bildirib.

“Yaşanan bu qətliam eyni zamanda bütün insanlığa qarşı törədilmiş bir cinayətdir və xalqlar bununla bağlı vicdan mühakiməsi qurması lazım olan əhəmiyyətli bir hadisə olaraq yaddaşlarımıza həkk olunub.
Xocalıdakı bu insanlıqdan kənar qətliamın ağrısını hər zaman ürəyimizdə hiss edir, azərbaycanlı qardaşlarımızın kədərini paylaşıram”.

Oxşar xəbərlər