Anasını öldürüb 1000 tikəyə doğradı, iti ilə birgə yedi – Dəhşətli cinayət

Anasını öldürüb 1000 tikəyə doğradı, iti ilə birgə yedi – Dəhşətli cinayət Alberto Sançes Qomez adlı cani bütün İspaniyanı hiddətə gətirib. Ölkənin paytaxtı Madriddə yaşayan 26 yaşlı işsiz ofisiantın anası bir müddət gözə görünməyib.
Publika.az xəbər verir ki, polis araşdırmasından sonra Albertonun anasını öldürdüyü məlum olub. Belə ki, narkotik aludəçisi olan gənc anasını öldürdükdən sonra iti ilə birgə qadının bəzi parçalarını yeyib.

Bu cinayət işi son zamanlar İspaniyada baş verən ən dəhşətli hadisə sayılır. Mariya Soledad Qomez adlı qadın bir müddət itdikdən sonra aparılan araşdırmalar onun öldürüldüyü faktını üzə çıxardıb.

Polis 66 yaşlı qadının evinə girəndə hər kəs şoka düşüb. Qadının cəsədi evdə çürümüş və vücudundan ən az 1000 parça qopardılaraq daxili orqanlarının çıxarıldığı faktı üzə çıxıb. Polis açıqlamasında bildirib ki, qadının bədəninin bəzi hissələri 6 qabın içərisində gizlədilib. Hətta bir neçə orqanı zibil qabına atılıb. 15 yaşında atasını itirən narkoman Albero anasını öldürərək bədən hissələrini bişirib itinə yedirdirmiş.

Qonşular bildirib ki, Alberto daha öncələr də anasına şiddət göstərib. Hətta bəzən gecələr saatlarla iti ilə birgə küçədə oturub bir nöqtəyə baxarmış. Hazırda cinayət işinin istintaqı davam edir.

Oxşar xəbərlər