
Publika.az xəbər verir ki, Qasbinə kəndi ərazisində – Beşbulaq adlanan ərazidə Türkiyə vətəndaşı, 1968-ci il təvəllüdlü Başar Saminin idarə etdiyi TIR ilə toqquşan “Toyota RAV4” markalı minik avtomobilində vəfat edən 1985-ci il təvəllüdlü Samir Alqayev ASC-nin Bakıda yerləşən mərkəzi idarəsinin baş məsləhətçisi Nurəddin Alqayevin oğludur.
Bildirilir ki, dəhşətli qəzada vəfat edən S.Alqayev də həmin ASC-nin Zaqatala şöbəsində işləyirmiş və işdən evə qayıdarkən faciəvi şəkildə vəfat edib.
S.Alqayevin 2 azyaşlı övladı qalıb.
Qeyd edək ki, qəzanın baş verdiyi Beşbulaq ərazisində tez-tez ağır yol qəzaları baş verir.
Foto və video report.az-ındır.