Milli Məclisin sabiq deputatı vəfat etdi

Milli Məclisin sabiq deputatı vəfat etdi II çağırış Milli Məclisin (2000-2005-ci illər) 39 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatı olmuş Xıdır Alovlu vəfat edib.
Modern.az bildirir ki, bu barədə sumqayıtlı jurnalist Rəhman Orxan məlumat verib. Onun sözlərinə görə, bu il martın 2-də X.Alovlu 80 illik yubileyini qeyd etməyə hazırlaşırdı.

Xıdır Binnət oğlu Alovlu 1939-cu il martın 20-də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.

Uzun illər Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru, İcra Hakimiyyəti başçısının müavini işləyib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvüdür.
2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.

İqtisadiyyata, təhlükəsizliyə, sosial həyata bir sıra əsərlər yazıb, kitablar çap etdirib. O, həm də şair-yazıçı kimi tanınırdı.

Allah rəhmət eləsin.

Milli Məclisin sabiq deputatı vəfat etdi

Oxşar xəbərlər