
Klubun rəsmi saytı xəbər verir ki, yarımmüdafiəçimiz Coşqun Diniyev “Sabah”ın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, 23 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatacaqdı.
2015-ci ildən komandada çıxış edən Diniyev 112 matça çıxıb və 5 qolla yadda qalıb.
Ağdam klubu Coşquna yeni komandasında uğurlar arzulayıb.