Bu gün sulu qar yağacaq

Bu gün sulu qar yağacaq Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağışın az sulu qarla yağması ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti təşkil edəcək.

Oxşar xəbərlər