Tamaşaçıların sevimlisi rekord sayda səs yığdı və “Maşın şou”da qaldı — FOTO

Tamaşaçıların sevimlisi rekord sayda səs yığdı və “Maşın şou”da qaldı — FOTO Tamaşaçıların sevimlisi! Məhz belə “Maşın şou. Hind kinosu”nun aparıcısı Murad Dadaşov şoudan çıxmağa namizəd olan Xose Bernardonu adlandırdı.
Oxu.az bildirir ki, məhz tamaşaçılar Bernardonun şouda qalıb-qalmayacağına qərar verirdilər.

Bernardo rəqibinin adını açıqlamamaqla, bu sirri özündə saxlamaq istəyirdi, çünki tamaşaçıların onu xilas edib-etməyəcəyinə əmin deyildi. Lakin gözlənilməyən baş verdi.
Xose Bernardonun şouda qalmasına rekord sayda səs verildi – 89,49 faiz. Bu sezon belə bir hal olmamışdı.

Öz növbəsində Xose Bernardo layihənin ən yaşlı iştirakçısı olan Allahverdi Yolçuyevi şoudan uzaqlaşdırdı.

Tamaşaçıların sevimlisi rekord sayda səs yığdı və “Maşın şou”da qaldı — FOTO

Oxşar xəbərlər